Bakı Meriyasında yoxlamalar aparılır

Bakı Meriyasında yoxlamalar aparılır
  02 Oktyabr 2018    Oxunub:2113
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaqdır.

Qeyd olunmalıdır ki, inventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.

AzVision.az



Teqlər: MŞİH   Meriya  





Xəbər lenti