“Qarabağ” şikəstəsi

“Qarabağ” şikəstəsi
  02 Oktyabr 2018    Oxunub:3665
Mehman Muradlı

Şərti olaraq “Aprel döyüşləri” adlandırdığımız, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun bir neçə saat ərzində işğal altında olan torpaqlarımızın bir hissəsini azad etməsi Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazıldı.
Qızıl hərflərlə ona görə yazıldı ki, “Ohanyan xətti” adlandırılan və yuxarı Qarabağın – Tərtər rayonunun Talış yüksəkliyi bir həmlədə məhv edildi. Bu yüksəklik Ermənistanın keçmiş müdafiə nazirinin adı ilə bağlı idi. Erməni terrorçuları həmin yüksəklikdən nəinki Tərtər, Goranboy, hətta Gəncə ətrafı əraziləri də atəş altında saxlaya bilirdilər.

Talış, daha doğrusu, Ohanyan xəttini marşal Mannargeymin xəttilə eyniləşdirirdilər. Buna səbəb Mannergeymin 135 km.-lik xəttində bir dənə də “yırtığ”ın olmaması idi. Eynən Talış xəttində də Ohanyan “yırtıq” yeri saxlamamışdı. Amma Azərbaycan Ordusu Ohanyanda nəinki yırtıq açdı, hətta yırtığını darma-dağın etdi.

Mannergeym xəttini yarmaq üçün Qırmızı Ordu 130 min əsgərini qurban vermişdi. Azərbaycan Ordusu da şəhidlər verdi. Həmin döyüşlərdə Azərbaycan xalqı öz Ordusunun yanında oldu.

“Aprel döyüşləri” bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti, Azərbaycan xalqı Qarabağı azad etmək əzmindədir və bu iddiasından heç vaxt geri çəkilməyəcək.

29 sentyabrda Bakıda “Qarabağ” adlı mitinq keçirildi.

Mitinq iştirakçıları sayının azlıq təşkil etməsi o demək deyildi ki, Azərbaycan xalqı Qarabağı unudub. Bu cür iddia ona bənzəyir ki, Bakıda və digər bölgələrimizdə yerləşən “Qarabağ” adlı restoranlarının sahibləri desinlər ki, "bizim restoranlara gəlməyənlər Qarabağı unudublar" və yaxud, “Qarabağ şikəstəsi”ni dinləməyənlər Qarabağı unudublar.

“Qarabağ” mitinqini “Qarabağ Azadlıq Təşkilatı” İctimai Birliyi təşkil etmişdi. Bu, həmin ictimai birlikdir ki, Azərbaycan ordusunun zəif olduğu vaxtlarda da bu cür mitinqlər düzənləyirdi. O vaxtlar ehtiyac olduğu üçün ona dəstək göstərilirdi və həmin dəstəyin nəticəsində 50 min insan meydana çıxırdı. Amma indi vəziyyət dəyişib. Güclü ordumuz var. O güclü ordu ki, münaqişənin danışıqlar yolu ilə tənzimlənməsində Azərbaycan hakimiyyətinin əsas diplomatik silahıdır. Təbii, Bakıdakı stadionda Qarabağ uğrunda mitinq keçirməyə də heç bir ehtiyac qalmayıb.

Doğrudan da, bilən oldumu, mitinq hansı ehtiyac səbəbindən keçrilmişdi?!



Teqlər: Qarabağ   Mitinq  





Xəbər lenti