ADY qəza ilə bağlı məlumat yaydı

ADY qəza ilə bağlı məlumat yaydı
  01 Oktyabr 2018    Oxunub:2227
"Azərbaycan Dəmir Yolları" QSC Xəzər rayonunun Binə qəsəbəsində baş verən qəza ilə bağlı məlumat yayıb.
Qurumdan AzVision.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Xəzər rayonunun Binə qəsəbəsində ağır qəza hadisəsi təxminən 14:35 radələrində baş verib.

“160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, hadisə nəticəsində 20 nəfər yaralanıb, 1 nəfər ölüb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti