"Bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur" - Siyavuş Novruzov

"Bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur" - Siyavuş Novruzov
  01 Oktyabr 2018    Oxunub:1985
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azadılmasını təklif edib.
AzVision.az xəbər verir ki, parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında S.Novruzov deyib ki, 2019-cu ildə bələdiyyə seçkiləri keçiriləcək. S.Novruzov bildirib ki, bələdiyyə ilə bağlı kifayət qədər qanun var:

“Hesab edirəm ki, bunun təkmilləşməsinə ehtiyac var. Bu, onların fəaliyyəti, səlahiyyəti ilə deyil, orada say baxımından prosedur qaydasının təkmilləşdirilməsi ilə bağlı olmalıdır. Hazırki bələdiyyə üzvlərinin sayı həddən artıq çoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bələdiyya   MM  





Xəbər lenti