Azərbaycan ordusunda “NATO günləri” başlayıb

Azərbaycan ordusunda “NATO günləri” başlayıb
  01 Oktyabr 2018    Oxunub:1302
Azərbaycan Ordusunda “NATO günləri” tədbiri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Hava Qüvvələrini komandanlığını ziyarət edəcək.
Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO-nun strukturu və vəzifələri”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası”, “NATO və Kibertəhlükəsizlik” və digər mövzularda mühazirələr təqdim olunacaq.

Azərbaycan Ordusunda “NATO günləri” oktyabrın 5-dək davam edəcək.

AzVision.az


Teqlər: MN   NATO  





Xəbər lenti