Nazirlik əməkdaşları “Mübarizlər” yarışında

Nazirlik əməkdaşları “Mübarizlər” yarışında
  30 Sentyabr 2018    Oxunub:2514
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları “Events Management” MMC-nin və “Gilan Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən “Mübarizlər” adlı ekstremal idman-marafon yarışında iştirak edib. Yarış Fövqəladə Hallar Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilib.
AzVision.az- a nazirlikdən verilən məlumata əsasən, yarışın açılış mərasimində müxtəlif dövət qurumlarının rəsmiləri, müxtəlif idman təşkilatlarının nümayəndələri iştirak edib.

İdman-sağlamlıq yönümlü “Mübarizlər” yarışının məqsədi sağlam həyat tərzinin təbliği, idmanın kütləviləşdirilməsi, fiziki hazırlıqlı iştirakçıların müəyyən edilməsidir. “Mübarizlər” layihəsi çətin keçilən ərazidə maneəli qaçışla adrenalin həvəskarlarına fəal istirahətin yeni formatıdır. Yarışda maneələr arasında əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yükdaşıma var. Maneələrin çoxu taxta materiallardan hazırlanmış mürəkkəb konstruksiyalardır. Yarış məsafəsinin uzunluğu 7 km və 42 maneədən ibarətdir.







AzVision.az


Teqlər:





Xəbər lenti