Makedoniyada ölkənin adı ilə bağlı referendum keçirilir

Makedoniyada ölkənin adı ilə bağlı referendum keçirilir
  30 Sentyabr 2018    Oxunub:2015
Makedoniyada ölkənin adının dəyişdirilməsi haqqında məşvərət referendumunda səsvermə başlayıb.
Trend-in ölkənin Dövlət Seçki Komissiyasına (DSK) istinadən verdiyi məlumata əsasən, referendumda 1 806 336 nəfər səs verə biləcək. Referendum 07:00-dan 19:00-dək davam edəcək.

Səs verənlər "Makedoniya Respublikası və Yunanıstan Respublikası arasında sazışı qəbul etməklə Aİ və NATO-ya daxil olmağı dəstəkləyirsiz?" sualına cavab verəcəklər.

Referendum məşvərət xarakteri daşıyır. Lakin Makedoniyanın qanunvericiliyinə əsasən, referendumun uğurlu keçməsi üçün ona seçicilərin yarısından çoxunun - 903 min vətəndaşın səs verməsi tələb olunur.

Yunanıstan hakimiyyəti iyunun 17-də Makedoniya Respublikası ilə saziş imzalayıb. Saziş artıq 25 ildən çox sürən keçmiş Yuqoslav ölkəsinin adı ətrafında problemin həllini nəzərdə tutur. Yunanıstan ölkənin cənubunda yerləşən Makedoniya vilayəti ilə qarışıqlığın olmaması üçün, keçmiş Yuqoslav ölkəsinin adının dəyişdirilməsini tələb edib. Ehtimal olunur ki, ölkənin adı Şimali Makedoniya Respublikası olacaq.

Qeyd edək ki, ölkələr arasında saziş Skopye üçün NATO və Avropa İttifaqına yol açır.

AzVision.az


Teqlər: Makedoniya  





Xəbər lenti