DGK-nin nümayəndə heyəti Rusiyaya gedib

DGK-nin nümayəndə heyəti Rusiyaya gedib
  29 Sentyabr 2018    Oxunub:2527
Sentyabrın 26-27 tarixlərində Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini gömrük xidməti general-mayoru İqbal Babayevin rəhbərliyi ilə nümayəndə heyəti Rusiya Gömrük Akademiyasının 25 illik yubiley tədbirlərində iştirak etmək üçün Moskva şəhərinə səfər edib.
Komitədən AzVision.az-a verilən məlumata görə, səfərin ilk günü DGK sədr müavini İ.Babayev Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Andrey Strukov və Gömrük Əməkdaşlığı İdarəsinin rəisi Sergey Konovalenko ilə rəsmi görüş keçirib.

Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin vəziyyəti, sərhəd buraxılış məntəqələrində mal və nəqliyyat vasitələrinin keçidinin daha da sürətləndirilməsi, iki ölkə arasında aparılan ticarətin gömrük statistikası ilə bağlı məsələlər və problemlərin araşdırılması, müzakirə edilib, eləcə də Rusiya Gömrük Akademiyası ilə DGK-nin Akademiyası arasında mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra DGK-nin nümayənədə heyəti Rusiya Gömrük Akademiyasının 25 illiyi əlaqədar keçirilən təntənəli tədbirdə iştirak edib.

Tədbirdə Belarus Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının və Tacikistan Respublikasının gömrük xidmətlərinin və gömrük işi sahəsində tədris aparan ali təhsil müəssisələrinin nümayəndələri, Rusiya Gömrük Xidmətinin veteranları, yüksək səviyyəli dövlət rəsmiləri və müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Bu ali təhsil müəssisələrinin rəisi Vladimir Mantusov açaraq Akademiyanın ötən dövr ərzində əldə etdiyi nailiyyətlər, qarşıda duran vəzifələr haqqında məlumat verib.

Tədbirdə, eyni zamanda Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin çıxış edərək, Rusiya dövlət başçısının yubiley ilə əlaqədar təbrik sözlərini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Akademiya haqqında qısa video çarx nümayiş olunub və tədbir konsert proqramı ilə davam edilb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri İ.Babayev DGK sədri Səfər Mehdiyevin Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinə ünvanladığı təbriki səsləndirib və yubilyar-təşkilata komitənin hədiyyəsini təqdim edib.

Sentyabrın 27-də DGK-nin nümayəndə heyəti Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla görüşüb. Görüş zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Rusiya Gömrük Akademiyası arasında əməkdaşlığın perspektivləri müzakirə edilib, təhsil müəssisələri arasında ikili diplom proqramının təşkili imkanlarının araşdırılması, Rusiya Gömrük Akademiyasında tədrisin təşkili ilə bağlı müvafiq məlumatların, gömrük işinə aid dərsliklər və tədris vəsaitlərinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına təmənnasız olaraq verilməsi, təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlərin təşkilli məsələlərinə baxılması haqqında razılıq əldə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti