Babək prospekti bu gecə bağlanacaq

Babək prospekti bu gecə bağlanacaq
  29 Sentyabr 2018    Oxunub:2104
Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətlik məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən xəbərə görə, məhdudlaşma sentyabr ayının 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir".

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti