Nazirlik imkansız ailəyə yardım edib

Nazirlik imkansız ailəyə yardım edib
  28 Sentyabr 2018    Oxunub:3835
Bakı şəhəri Biləcəri qəsəbəsində, dəmiryolu xəttinin yaxınlığında qeydiyyatsız yaşayan, Tərtər rayonu, Buruc kənd sakini Tacəddin Məmmədovun ailəsinin maddi durumunun çətin olması ilə bağlı yayılan müraciətlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları ailənin yaşadığı yerə gediblər.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Bildirilib ki, şəraiti olmayan tikilidə yaşayan ailə başçısı Tacəddin Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-də Biləcəri 2 nömrəli işarəvermə və rabitə sahəsində işləyir.

Ailənin 3 övladı məktəbli ləvazimatlarının olmaması səbəbindən məktəbə getmirdilər. Uşaqların hər birinə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilən zəruri ləvazimatları olan məktəbli çantaları təqdim edilib.

Nazirlik əməkdaşları ailəyə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün elekton qaydada müraciət etmələri tövsiyə olunub. Ünvanlı dövlət sosial yardımın təyin olunması üçün tələb olunan prosedurlar izah olunub.

Ailənin digər əməkqabiliyyətli üzvü Xəyalə İsmayılova dəmiryolu ərazisində yaşadığı və buna görə övladlarını nəzarətsiz qoya bilmədiyinə görə təklif olunan vakant işlərdən imtina edib. Bununla belə ev şəraitində çalışmaq imkanı nəzərə alınaraq özünüməşğulluq proqramına cəlb edilməsi üçün rayon məşğulluq mərkəzinə dəvət olunub.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti