Polo millimiz Avropa çempionatının finalına yüksəldi - FOTOLAR

Polo millimiz Avropa çempionatının finalına yüksəldi - FOTOLAR
  28 Sentyabr 2018    Oxunub:2218
İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 4-cü turun oyunları keçirilib.
Dövlət Sərhəd Xidmətindən AzVision.az-a verilən xəbərə görə, çempionatın 4-cü turunda “A” qrupunun liderləri – Azərbaycan və İrlandiya milliləri görüşüblər. Bu qarşılaşmaya qədər hər iki komanda 3 qələbə qazanaraq turnir cədvəlinin 1-ci və 2-ci pillələrini bölüşürdülər. Hazırki Avropa çempionu olan İrlandiya komandası ilə gərgin mübarizə şəraitində keçən görüş bütün azarkeşlərə həyacan dolu dəqiqələr yaşadıb. Güclü iradə və yüksək peşəkarlıq nümayiş etdirən idmançılarımız rəqiblərini 5:3,5 hesabı ilə məğlub edərək Azərbaycan atçılıq idmanı tarixində ilk dəfə olaraq Avropa çempionatının finalına yüksəliblər.



Mübarizəni Avropa birinciliyinin bürünc medalları uğrunda davam etdirmək məcburiyyətində qalan İrlandiya yığması ilə qarşılaşmada idmançılarımızdan Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.



Xatırladaq ki, atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını isə 11:7 hesabı ilə məğlub etmişdir. Sabah çempionatın “B” qrupunun oyunları keçiriləcəkdir. Avstriya ilə Almaniya, İtaliya ilə İsveçrə komandaları qarşılaşacaqlar. Lakin bu oyunların nəticələrindən asılı olmayaraq İtaliya komandası artıq finalda, Almaniya komandası isə 3-cü yer uğrunda görüşdə iştirak etmək hüququ qazanıblar.



Polo üzrə Avropa Çempionatının 30 sentyabr tarixində keçiriləcək final oyununda Azərbaycan və İtaliya komandaları, 3-cü yer uğrunda oyunda isə İrlandiya və Almaniya yığmaları qarşılaşacaqlar.





AzVision.az


Teqlər: DSX   Polo  





Xəbər lenti