Baş prokurorun müavinlərinə orden verildi - Sərəncam

  28 Sentyabr 2018    Oxunub : 1309
Baş prokurorun müavinlərinə orden verildi - Sərəncam
Prezident İlham Əliev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə təltif edilənlər arasında Baş prokurorun müavinləri də var. Onlar 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər:

Əliyev Kamran Bayram oğlu

Əsgərov Namiq Əli oğlu

Usubov Rüstəm Sabir oğlu

Vəliyev Xanlar Rüstəm oğlu

AzVision.az

Teqlər: Baş-Prokurorluq   Sərəncam   Təltif   Orden