Tümen-Bakı qatarında bomba tapıldı

Tümen-Bakı qatarında bomba tapıldı
  25 Oktyabr 2013    Oxunub:1122
Tümen-Bakı qatarı Azərbaycanla sərhəddə saxlanılıb. Bu barədə AzVision.az İTAR-TASSA-a istinadən məlumat verir.
Məlumata görə, Dərbənddəki sərhəd nəzarət məntəqəsində qatara baxış keçirilən zaman partlayıcı qurğuya bənzər əşya aşkar edilib. Sərnişinlər dərhal qatardan evakuasiya edilib.

Qatarın tavan hissəsində paket Rusiya gömrükçülərinin diqqətini çəkib. Hadisə yerinə dərhal partlayıcı qurğular üzrə mütəxəssislər çağırılıb. Yoxlama zamanı bağlamanın içərisindəki əşyanın bomba olduğu məlum olub.

Qeyd edək ki, oktyabrın 21-də Volqoqrad sərnişin reysində baş vermiş partlayışdan sonra Rusiyanın cənubunda təhlükəsizlik tədbirləri gücləndirilib. Sözügedən partlayış nəticəsində 6 nəfər ölüb, 55 nəfər yaralanıb.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti