Əli Əhmədovun yerinə seçki keçirilməyəcək - Politoloq

Əli Əhmədovun yerinə seçki keçirilməyəcək - Politoloq
  25 Oktyabr 2013    Oxunub:979
Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə iki ildən az vaxt qalsa da Milli Məclisdə 3 deputat yeri hələ də öz sahibini gözləyir.
Gülər Əhmədova və Hikmət Atayevdən sonra YAP sədrinin müavini Əli Əhmədovun Baş nazirin müavini vəzifəsinə təyinatından sonra parlamentdə 3 deputat yeri boş qaldı.

Qanunvericiliyə görə, belə məqamda növbədənkənar seçkilər keçirilməlidir. Bəs, Azərbaycanda növbəti parlament seçkiləri keçirilə bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.z-az-a açıqlamasında növbəti seçkilərin keçirilməsinə ehtiyac olmadığını deyib.

Politoloq bildirib ki, istənilən vətəndaş deputatlığa öz namizədliyini irəli sürə bilər. Amma 2015 - ci ildə növbəti parlament seçkisinin keçiriləcəyini nəzərə alsaq hər hansısa bir şəxsin riskə gedərək, bu seçkiyə qatılmasını gözləmək bir az çətin olar.

“Düşünürəm ki, hər halda bu yerlər seçkinin sonuna kimi boş qala bilər. Çünki böyük maliyyə xərci ilə kiminsə iki il üçün seçkiyə qatılacağına inanmıram. Buna görə də mən bu qısa müddət üçün ehtiyac görmürəm”- deyə E. Şahinoğlu şərh edib.

Qeyd edək ki, Milli Məclisdə boş qalan yerlərdən biri Gülər Əhmədovaya, digəri Əli Əhmədov və nəhayət mərhum deputat Hikmət Atayevə məxsusdur.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti