Romada Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTOLAR

Romada Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTOLAR
  26 Sentyabr 2018    Oxunub:2070
Sentyabrın 25-də Romada Custiniani sarayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.
AzVision.az xəbər verir ki, əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva saraydakı “Konstitusiya”, “Qırmızı” və “Güzgülü” zallarında olub. Qeyd edək ki, bu bina İtaliyanın paytaxtı Roma şəhərinin ən qədim və tarixi tikililərindəndir. İtaliyanın ilk Konstitusiyası məhz burada imzalanıb.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verildi.







AzVision.az


Teqlər: İtaliya   Roma   Mehriban-Əliyeva   Birinci-Vitse-Prezident  





Xəbər lenti