Büdcə layihəsi prezidentə təqdim olundu

Büdcə layihəsi prezidentə təqdim olundu
  26 Sentyabr 2018    Oxunub:1881
Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Prezidentə təqdim olunub.
AzVision.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı qərarla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yeni büdcə qaydasına uyğun olaraq tərtib etdiyi “Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

Qərara əsasən, “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim olunub.

AzVision.az


Teqlər: Büdcə   Prezident  





Xəbər lenti