FAO Azərbaycanda 4 milyonluq layihəyə başlayır

FAO Azərbaycanda 4 milyonluq layihəyə başlayır
  24 Sentyabr 2018    Oxunub:1737
"Heyvandarlıq, qoyunçuluğun davamlı inkişafı, maldarlığın inkişafı və suni mayalandırma, kartof toxumçuluğu ilə bağlı layihələr hazırda imzalanma mərhələsindədir"
AzVision.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib.

Onun sözlərinə görə, sözügedən layihələri oktyabrda kənd təsərrüfatı naziri İnam Kərimov imzalayacaq. M.Çakmak, həmçinin qeyd edib ki, layihələrin maliyyə dəyəri 4 milyon dollardır.

FAO rəsmisi əlavə edib ki, yaxın 2-3 ayda rayonlarda kənd təsərrüfatı ilə bağlı gənclərin məşğulluğunun artırılması istiqamətində layihənin başlaması planlaşdırılır.

Aytən Zəhra
AzVision.az


Teqlər: FAO  





Xəbər lenti