Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək
  21 Sentyabr 2018    Oxunub:991
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 25-də Mingəçevir şəhərində Ağdaş, Bərdə rayonlarının, eləcə də Yevlax və Mingəçevir şəhərlərinin sakinlərini qəbul edəcək.
Komitədən AzVision.az-a verilən məlumata görə, qəbul Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi, 172) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Komitə   Sədr   Mingəçevir  





Xəbər lenti