“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir” - Prezident

“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir” - Prezident
  21 Sentyabr 2018    Oxunub:2236
"Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir"
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan dövlət başçısı qeyd edib ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib.

Prezident bildirib ki, Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir:

"Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək.

"Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq".

AzVision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti