Milli Məclis təntənəli iclasa toplanır

Milli Məclis təntənəli iclasa toplanır
  21 Sentyabr 2018    Oxunub:1568
Bu gün Milli Məclisin Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr edilən təntənəli iclası keçiirləcək.
AzVision.az-ın məlumatına görə, yubiley tədbirinə 150 ölkədən parlament nümayəndə heyəti qatılacaq. Tədbirdə 14 ölkənin parlament sədri, 13 ölkənin parlament sədrinin müavini, 11 ölkənin isə parlamentlərarası işçi qrupları iştirak edəcəklər.

Bundan əlavə, yubiley iclasına 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti dəvət olunub. Ümumilikdə 40-a yaxın ölkənin nümayəndəsinin tədbirdə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, artıq iclasda iştirak edəcək spikerlərdən bir çoxu Azərbaycana gəlib.

AzVision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti