Prezident Ramil Usubovu mükafatlandırdı

Prezident Ramil Usubovu mükafatlandırdı
  20 Sentyabr 2018    Oxunub:15323
Xəbər verildiyi kimi, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.



AzVision.az


Teqlər: İlham-Əliyev   Ramil-Usubov  





Xəbər lenti