“Atletiko Madrid”dən İlham Əliyevə TƏBRİK

“Atletiko Madrid”dən İlham Əliyevə TƏBRİK
  24 Oktyabr 2013    Oxunub:861
“Atletiko de Madrid” Klubunun sədri Migel Anxel Xill Marin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri,
Yenidən Azərbaycan Respublikası Prezidenti seçilməyiniz münasibətilə Sizi “Atletiko de Madrid” Futbol Klubu adından təbrik etmək istəyirik.
Biz çox şadıq ki, Azərbaycanın inkişaf prosesi Sizin siyasi liderliyiniz altında davam edəcəkdir. Ümidvarıq ki, bu prosesdə biz də iştirak edəcəyik.
Azərbaycanın strateji tərəfdaşı kimi biz əməkdaşlıq yolumuzu, eləcə də, Sizin ölkənizin imicini təşviq etmək və İspaniya ilə Azərbaycan arasında münasibətləri növbəti illərdə də möhkəmləndirməyə hazırıq.
Sizin siyasi uğurlarınıza və bizim xüsusi dostluğumuza yeni idman nailiyyətləri əlavə etmək bizim üçün şərəf olardı.
Sizə fəaliyyətinizdə bir daha uğurlar arzulayırıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti