Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 24-dən 29-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq
Milli Məclisin mətbuat xidmətindən verilən xəbərə görə, komitə iclasında “Təhsildə müsbət idarəçilik və yüksək keyfiyyət”, “Çoxmədəniyyətli cəmiyyətlərdə ümumi cəhətlər və fərqlər”, “Avropanın mədəni irsi”, “Ümumavropa evi çərçivəsində əməkdaşlıq” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
R.Hüseynov müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəkdir.