Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək
  23 Oktyabr 2013    Oxunub:2112
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Abşeron rayonunda vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 25 oktyabr 2013-cü il tarixində saat 11:00-dan Abşeron rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə) 24 oktyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]


Teqlər:





Xəbər lenti