Baş nazirdən "Qaçqınkom"la bağlı qərar

Baş nazirdən "Qaçqınkom"la bağlı qərar
  14 Sentyabr 2018    Oxunub:1868
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Dəyişikliyə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi də əlavə olunub.

AzVision.az


Teqlər: Qaçqınkom   Struktu  





Xəbər lenti