“Gəncədə islami dəyərlər qorunur” - İcra başçısı

“Gəncədə islami dəyərlər qorunur” - İcra başçısı
  13 Sentyabr 2018    Oxunub:8901
Gəncədə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib.
AzVision.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Goranboy, Göygöl, Samux, Daşkəsən, Naftalan, Kəlbəcər, Xocalı şəhər və rayon icra hakimiyyətlərinin, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin, Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli strukturlarının rəhbərləri iştirak ediblər.



Seminar-müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün də qorunub saxlanılır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə insanların dini etiqad və vicdan azadlığı təmin olunub. Respublikanın hər yerində olduğu kimi Gəncədə də İslami dəyərlər qorunur. Hazırda şəhərdə 1 ziyatərgah və 6 məscid fəaliyyət göstərir.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bildirib ki, Azərbaycanda tarixən formalaşan tolerantlıq mühiti dünya üçün bir nümunədir. Ölkəmizdəki dini və etnik tolerantlıq, multikulturalizm və birgə yaşayış modeli dünya birliyi tərəfindən yüksək dəyərləndirilir və onun daha da möhkəmlənməsi üçün çalışılır. Əgər müstəqilliyimizin ilk illərində ölkəmiz dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada gedən bu prosesin hərəkətverici qüvvəsinə çevrilib.



Siyavuş Heydərov onu da qeyd edib ki, ölkəmizin inkişafını istəməyən ünsürlər tərəfindən Azərbaycana sadəcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilmsinə cəhdlər edilir. Yad dini ideologiyaların Azərbaycana ixrac edilməsinə cəhdlər göstərilir. Bunlar islam dinin xurafat formasında təqdim olunması və siyasiləşdirilmiş formada genişləndirilməsidir. Bu cür seminar-müşavirələrin keçirilməsi də bu proseslər barədə vətəndaşları, xüsusi ilə də gəncləri maarfiləndirmək məqsədi daşıyır.



Tədbirdə Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov, Daxili İşlər Nazirliyinin şöbə müdiri Oktay Tağıyev çıxış edərək, Azərbaycanda dini radikalizm və dini ekstremizmə qarşı aparılan mübarizə və onun hüquqi əsasları barədə danışıblar. Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tahir Abbasov isə öz çıxışında Gəncədə “Tasua” və “Aşura”ya hazırlıqla bağlı məlumat verib. O bildirib ki, dini mərasimlər mərkəzləşdirilmiş qaydada “İmamzadə” ziyarətgahında icra olunacaq. Tədbirdə həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış və bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş olunub.

AzVision.az


Teqlər: Gəncə   Seminar   İslam  





Xəbər lenti