Azərbaycan “YUNESKO Tərəfdaşları Forumu”nda təmsil olunub

Azərbaycan “YUNESKO Tərəfdaşları Forumu”nda təmsil olunub
  13 Sentyabr 2018    Oxunub:1187
Azərbaycan BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) təşkilatçılığı ilə Parisdə keçirilən “YUNESKO Tərəfdaşları Forumu”nda təmsil olunub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndəsi tədbirdə iştirak edib.

Forumda YUNESKO-nun baş katibi Odre Azule də iştirak edib. Tədbirin əsas məqsədi BMT Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin həyata keçirilməsi və bu istiqamətdə YUNESKO tərəfindən dünyanın bir çox regionlarında həyata keçirilən müxtəlif proqram və layihələr barədə iştirakçıların məlumatlandırılması olub.

Həmçinin inkişaf etməkdə olan ölkələrdə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması istiqamətində YUNESKO-nun yeni donor ölkələr ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məsələsi müzakirə edilib.

XİN-dən bildirilib ki, AİDA-nın sözügedən tədbirdə iştirakı yeni donor ölkəsi olan Azərbaycanın YUNESKO ilə əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək. Qeyd edək ki, görüşdə müxtəlif ölkələrin dövlət və hökumət qurumları, inkişaf əməkdaşlığı üzrə milli agentliklərin, aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.


AzVision.az



Teqlər: Azərbaycan   YUNESKO  





Xəbər lenti