İlham Əliyevin ilk xarici səfəri Türkiyəyə olacaq

İlham Əliyevin ilk xarici səfəri Türkiyəyə olacaq
  23 Oktyabr 2013    Oxunub:945
Səfər gələn həftə baş tutacaq

Azərbaycanda növbəti müddətə prezident seçilmiş İlham Əliyev seçkidən sonrakı ilk xarici səfərini Türkiyəyə edəcək. Səfər gələn həftə baş tutacaq. Bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir bildirib ki, ənənəyə uyğun olaraq prezident İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək. O, səfər zamanı iki ölkə arasında siyasi və iqtisadi sahədə bir sıra mühüm məsələlərin müzakirə olunacağını söyləyib: “Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirməyin yollarının axtarılması, Türkiyə və Azərbaycan sahibkarlarının qarşılıqlı sərmayə yatırmasını asanlaşdırmaq kimi məsələlər müzakirə olunacaq”. (apa)



Teqlər:





Xəbər lenti