Musa Quliyev saatların geri çəkilməsindən danışdı

Musa Quliyev saatların geri çəkilməsindən danışdı
  23 Oktyabr 2013    Oxunub:1075
“Saatların bir saat irəli, ya da ki bir saat geri çəkilməsinin insan səhhətinə heç bir ziyanı yoxdur. Nə ziyanı var ki?”
Bunu AzVision.az-a açıqlamasında həkim millət vəkili Musa Quliyev saatların irəli-geri çəkilməsinə münasibət bildirərkən deyib:

Bildiyiniz kimi, Rusiyada bunu ləğv etdilər, amma indi yenidən tətbiq edilməsi üçün müzakirələr aparılır. Çünki bununla bağlı Rusiya iqtisadiyyatı xeyli vəsait itirib. İnsanların səhhətini bir faktor kimi ortaya qoyulmasının əhəmiyyəti yoxdur. Bu sistemin iqtisadiyyata xeyri varsa, davam etdirilsin, yoxdursa, sistemi saxlayaq”.

Qeyd edək ki, oktyabrın 27-də ,saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti