Füzuli Ələkbərov və İsmət Abbasovun adı hələ də nazirlər siyahısındadır

Füzuli Ələkbərov və İsmət Abbasovun adı hələ də nazirlər siyahısındadır
  23 Oktyabr 2013    Oxunub:2694
Onlar hələ də nazir kimi təqdim olunur.
Dünən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə müdafiə naziri Səfər Əbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov vəzifəsindən kənarlaşdırıldı, kənd təsərrüfatı naziri İsmət Abbasov Artur Rasizadənin müavini postuna təyin edildi. Səfər Əbiyevi daxili işlər nazirinin müavini Zakir Həsənov, Füzuli Ələkbərovu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, İsmət Abbasovu isə Hesablamalar Palatasının sədri Heydər Əsədov əvəz elədi.

AzVision.az-ın məlumatına görə, Sərəncam dünən axşamdan verilsə də, Müdafiə Nazirliyi istisna olmaqla digər iki nazirlik sabiq nazirlərin adı nazirliklərinsaytlarından çıxartmayıb və yeni nazirlər haqqında məlumat yerləşdirilməyib. .






Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti