Əli Kərimli İlqar Məmmədova qarşı hücuma keçdi - FOTOFAKT

Əli Kərimli İlqar Məmmədova qarşı hücuma keçdi - FOTOFAKT
  10 Sentyabr 2018    Oxunub:13139
Möcüzə baş vermədi. Milli Şura-ReAl arasında qarşıdurma gözlənildiyi kimi çox erkən başladı. Bu dəfə də ilk həmlə Əli Kərimlinin cəbhəsindən gəldi. Əslində, Kərimlinin İlqar Məmmədov azadlığa buraxılanda yazdığı status bunu deməyə əsas verirdi ki, iki "qoçun" başı bir qazanda qaynamayacaq.
Başqa sözlə ifadə edək: xaricdən gələn qrantları monapoliyaya çevirən Kərimli İlqar Məmmədovun onun bazarına girməsini qətiyyən istəmir və mümkün qədər onu "mübarizədən" kənarlaşdırmağa çalışacaq. Bax, budur müxalif cəbhədə didişmələrin gerçək səbəbi. Və nəhayət, gözlənilən qarşıdurmaya Mili Şuranın "başbiləni" Gültəkin Hacıbəyli start verdi.



Hacıbəyli ilə “freelancer” jurnalist Kamran Mahmudov arasında problem yaranıb. Jurnalist xanım “siyasətçi”dən müsahibə almaq istəyib. Hacıbəyli isə nədənsə suallarla öncədən tanış olmaq qərarına gəlib. Jurnalist də sualları ona göndərib. Suallarla tanışlıqdan sonra Hacıbəyli mövzunun jurnalist peşəkarlığı və tərəfsizliyi standartlarına cavab vermədiyini bildirərək müsahibədən imtina edib. Adı çəkiləm jurnalist də məsələni öz səhifəsində ictimailəşdirərək Gültəkin Hacıbəylinin dediyi kimi onun hazırladığı sualların “müstəntiq sualları” olub-olmadığını dəqiqləşdirməyə çalışıb. Təbii ki, Kərimlinin çevrəsinin yazdıqları nəzərə alınmasa, rəy bildirənlərin əksəriyyəti jurnalisti haqlı sayıb. Vurğulayıblar ki, hətta “müstəntiq suallarına” bənzəsə belə siyasətçi suallara elə siyasətçi kimi cavab verməlidir.



Yaranmış situasiya özünü ifşa edən Gültəkin Hacıbəylini ciddi narahat etməyə başlayıb və gecə saatlarında (02:58-də) status yazaraq qarşı tərəfi “səhv” çıxarmaq istəyib. Amma diqqət çəkən məsələ Hacıbəylinin onunla qalmaqala girən jurnalisti REAL hərəkatının media blokunun aparıcısı kimi təqdim etməsidir. Mənzərə aydındır. Milli Şura ReAl-a qarşı öz hikkəsini gizlədə bilmir. Bu səbəbdən Kərimli və onun dəstəsi vaxt itirmədən İlqar Məmmədovu "vurmağa" can atırlar.



Hacıbəylinin statusuna cəbhəçilərin yazdığı rəylər də əsl məramı ortaya çıxarır. Kərimli tərəfdarları qabaqdan gəlmişlik edərək ReAl-ın sifarişi ilə Milli Şuraya qarşı kampaniyanın başladığına eyham vurublar. Qarşı tərəf isə tam əksini deyir. Bir sözlə, artıq nifaq toxumu səpilib və çox güman ki, yaxın vaxtlarda tərəflər arasında yeni söz davalarının şahidi olacağıq.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Şura   ReAl   Didişmə   Müxalifət  





Xəbər lenti