DSMF Səlim Müslümovsuz da fəaliyyətini davam etdirəcək

DSMF Səlim Müslümovsuz da fəaliyyətini davam etdirəcək
  23 Oktyabr 2013    Oxunub:932
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Nazirlər Kabinetinin yeni tərkibinə nəzər saldıqda DSMF rəhbərliyinə təyinatın aparılmadığı görünür.

Maraqlıdır bundan sonra fondun rəhbəri kim olacaq? Ümumiyyətlə fond fəaliyyətini bundan sonra hansı istiqamətdə davam etdirəcək?

AzVision.az bu məsələ ilə bağlı DSMF-nin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb.

Fondun sözçüsü bildirb ki, yeni sədrin təyin olunması prezidentin səlahiyyətində olan məsələdir və fond fəaliyyətini əvvəlki kimi , mövcud kadrlarla davam etdirir.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti