Səhiyyə Nazirliyinin strukturunda dəyişiklik edildi

Səhiyyə Nazirliyinin strukturunda dəyişiklik edildi
  23 Oktyabr 2013    Oxunub:978
Nazirlər Kabineti 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə qərar verib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzləri Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında büdcədən maliyyələşən müəssisələr bölməsinə salınıb.

Psixi Sağlamlıq Mərkəzi stasionar müəssisələr sırasına daxil edilib.

Gəncə Regional Perinatal Mərkəzi Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyinə verilib. Bundan başqa, Mərkəzi Neftçilər Xəstəxanası təsərrüfat hesablı tibb müəssisələri bölməsinə salınıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti