“ABAD” gələcək zərgərlər yetişdirir - FOTOLAR

“ABAD” gələcək zərgərlər yetişdirir - FOTOLAR
  10 Sentyabr 2018    Oxunub:1808
Quba “ASAN həyat” kompleksində fəaliyyət göstərən “ABAD” Məktəb milli zərgərlik sənətinə yiyələnmək istəyən gənclərə zərgərlik üzrə peşəkar təlimlərə start verib.
AzVision.az xəbər verir ki, təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olacaq, zərgərlik sənətinin tarixçəsini öyrənəcək, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat əldə edəcəklər.

Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinin digər material və alətlərlə tanış olacaq, müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələnəcəklər.

“ABAD” Məktəbdə zərgərlik təlimlərini bitirən şəxslər sərbəst fəaliyyəti üçün sertifikat əldə edəcək, eyni zamanda “ABAD”la müqavilə bağlayaraq məhsullarını hazırlayıb, “ABAD” etno-butiklərində satışa çıxarmaq imkanı qazanacaqlar. Məktəbdə daha çox gümüşdən hazırlanan zinət əşyaları təqdim olunacaq.

Əlavə olaraq “ABAD” Məktəbdə qiymətli təbii qaşlardan ənənəvi təsbehlər hazırlanması üçün də şərait yaradılıb. Təlimlər peşəkar ABADçı-zərgərlər tərəfindən keçiriləcək.

Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs cənab prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.















AzVision.az


Teqlər: ABAD  





Xəbər lenti