Azay Quliyev Əfqanıstanla bağlı konfransda iştirak edəcək
Tədbirdə Azay Quliyev ATƏT PA-nın Mərkəzi Asiya və Əfqanıstanla bağlı siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, region ölkələri arasında əməkdaşlığın və dialoqun gücləndirilməsi işində parlament diplomatiyasının rolu və perspektivi haqqında məruzə ilə çıxış edəcək.
Səfər çərçivəsində ATƏT PA ilə Özbəkistan arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün parlamentin rəhbərliyi ilə görüş də nəzərdə tutulub.
Səfər sentyabrın 13-də başa çatacaq.
AzVision.az
Teqlər: Azay-Quliyev