Azərbaycan musiqisi Kaliforniya Senatında - Fotolar
Konsertdən öncə çıxış edən Kaliforniya Ştat Senatoru Riçard Pan qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniya Senatında keçirilməsindən çox məmnun olduğunu bildirib. Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra azərbaycanlı musiqiçilər M.Hüseynova, A.Elxanzadə və L.Qafarın ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim olunub. Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Bu tədbir Kaliforniya Ştat Senatında Azərbaycan musiqiçilərinin iştirakı ilə keçirilən ilk konsert kimi tarixə düşüb.
AzVision.az
Teqlər: Kaliforniya Azərbaycan