Əli Əhmədov baş nazirin müavini oldu

  22 Oktyabr 2013    Oxunub : 7584
Əli Əhmədov baş nazirin müavini oldu
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.

Əli Əhmədov 1953-cü ildə Qərbi Azərbaycanda anadan olub. 1975-ci ildə Moskva Tarix İnstitutunu bitirib. Fəlsəfə doktoru, professordur. Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışıb.

1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, 1999-2000-ci illərdə Xətai rayonunun İcra Hakimiyyətinin başçısı olub. 2000-ci, 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikasının Şöhrət ordeni və Polşa Respublikasının “Xidmətlərə görə” Legioner ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyasının 1999-cu ildə I qurultayında İcra katibi, 2005-ci ildə III qurultayında və 2013-cü ildə V qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilib.

İki övladı var.

Teqlər: