Dövlət Komitəsindən valideynlərə müraciət

Dövlət Komitəsindən valideynlərə müraciət
  04 Sentyabr 2018    Oxunub:1372
Dini Qurumlar üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, DQİDK-nın sədr müavini Səyavuş Heydərov qarşıdan gələn Məhərrəm ayı və Aşura günü ilə bağlı tövsiyələrini verib. Bildirib ki, Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir:

"Aşura günü şagirdlər dərsdə olmalıdırlar. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar. Həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar".

Sədr müavini onu da vurğulayıb ki, son illərdə Məhərrəm ayı ilə bağlı yaxşı tendensiya müşahidə edilir. Aşura mərasimi qanunlara riayət edilərək, sivil formada keçirilir. Bu il də Aşura mərasiminin daha sivil formada keçiriləcəyi gözlənilir.

Dövlət Komitəsinin sədr müavini sonda hər kəsi Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı verəcəyi fətva və tövsiyələrinə riayət etməyə çağırıb.

AzVision.az


Teqlər: Komitə   Aşura  





Xəbər lenti