“Dövlətçiliyimizə ən böyük təhlükə dini ekstremizmdən gəlir”

“Dövlətçiliyimizə ən böyük təhlükə dini ekstremizmdən gəlir”
  01 Sentyabr 2018    Oxunub:1819
“ABŞ-da, Avropa da hazırda yüksələn dini, irqi və milli ayrı-seçkilik fonunda Azərbaycanda olan mövcud tolerantlıq qürur vericidir. BAXCP olaraq hökümətin bu istiqamətdə fəaliyyətini təqdir edirik. Bu gün Azərbaycanda olan dini tolerantlıq bütün dünyada təblığ olunmalıdır”.
Bu fikirləri BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərində BAXCP sədri Qüdrət Həsənquliyev namizəd kimi çıxışı zamanı Azərbaycanda dövlətçiliyimizə ən böyük təhlükənin din adı altında gizlənən ekstremistlərdən gəldiyini bəyan etmişdi: “Azərbaycanda Dövlət Təhklükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini ekstremizmə qarşı sıfır dözümlülük siyasətini dəstəkləyirik. Azərbaycanda daxili sabitliyə və dövlətçiliyimizə ən böyük təhlükə dini ekstremistlərdən gəlir. Son zamanlar bizim dini rəhbərlərimizə, Şeyximizə və digər tanınmış din adamlarına qarşı qarayaxma kampaniyası təşkil edilir. Xalqımız Allahşükür Paşazadənin 20 yanvar hadisələrində tutduğu dövlətçilik mövqeyini unutmayıb”.

Orduxanlının fikrincə, dini ekstremizmin qarşısının alınması üşün vətəndaş cəmiyyətinin də üzərinə məsuliyyət düşür: “Düzdür, bununla bağlı Prezidentin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası il ərzində bir sıra layihələri dəstəkləyir. DQİDK-in apardığı işlər də göz önündədir. Və bır sıra QHT-lərin bununla bağlı fəaliyyətini görürük. Amma məncə, bunlar yetərli deyillər. Ölkədə rəsmi 4000 QHT var, bir il ərzində QHT-lərə ayrılan vəsaitin həcmi 4.5 milyon manatdır. Bu vəsaitlə böyük işlər görmək olmaz. Biz bütövlükdə cəmiyyət olaraq hadisələri qabaqlamalı və imkan verməməliyik ki, kimlərsə çirkin məqsədləri üçün İslam dinindən istifadə etsinlər”.



Teqlər:





Xəbər lenti