Bakıda yeni piyada keçidləri tikilib

Bakıda yeni piyada keçidləri tikilib
  01 Sentyabr 2018    Oxunub:1469
Vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin araşdırmaları nəticəsində əvvəlcədən müəyyən edilən yerlərdə yeni eynisəviyyəli piyada keçidləri çəkilib, yararsız hala düşən eyni səviyyəli piyada keçidləri yenilənib, standartlara cavab verməyən eyni səviyyəli piyada keçidlərinin yerləri dəyişdirilərək uyğun vəziyyətə gətirilib.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən xəbərə görə, Məhəmməd Hadi küçəsi ilə Xudu Məmmədov küçəsinin kəsişməsində, Suraxanı rayonu Bahar qəsəbəsində, Qara Qarayev prospekti kənar yolda, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Xocalı prospekti ilə Sergey Senyuşkin küçəsinin kəsişməsində, Mirzəağa Əliyev küçəsinin Bülbül prospekti ilə kəsişməsində, Mərdanov qardaşları küçəsində və digər ünvanlarda başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Mərhələli şəkildə Bakıda yerləşən və yararsız hala düşmüş eynisəviyyəli piyada keçidləri yenilənərək, vətəndaşların müraciətləri və mütəxəssislərimizin araşdırmaları nəticəsində məqsədəmüvafiq hesab edilən yerlərdə yeni eyni səviyyəli piyada keçidləri təşkil ediləcək.

AzVision.az


Teqlər: BNA  





Xəbər lenti