Dəhşətli partlayış:10 polis öldü

Dəhşətli partlayış:10 polis öldü
  06 Mart 2013    Oxunub:1704
İraqın Kərkük şəhərində silsilə terror aktları törədilib.
Şəhərin 3 ayrı hissəsində həyata keçirilən partlayışlarda ümumulikdə 15 nəfər həlak olub. Onlardan 10-u polis əməkdaşıdır. Ağır yaralanan daha 20 nəfər xəstəxanalara yerləşdirilib.

Təhlükəsizlik əməkdaşlarının məlumatına görə, ilk terror aktı axşam saatlarında polis məntəqəsi yaxınlığında kamikadze tərəfindən törədilib.

Partlayışın təsir qüvvəsi o qədər güclü olub ki, ətrafdakı bina və avtomobillərin şüşələri sınıb. Növbəti terror aktlarının qarşısının alınması üçün təhlükəsizlik tədbirləri gücləndirilib, şəhərə giriş-çıxışlar nəzarətə götürülüb.


Teqlər:





Xəbər lenti