“Nobel mükafatçıları” ensiklopediyası Azərbaycanda

“Nobel mükafatçıları”  ensiklopediyası Azərbaycanda
  22 Oktyabr 2013    Oxunub:1289
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) dünya, eləcə də Azərbaycan elmi üçün elmi-köməkçi xarakter daşıyan və rus müəllifləri tərəfindən hazırlanan “Nobel mükafatçıları” adlı 60 cildlik ensiklopediyanı əldə edib.
AzVision.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Nobel Fondunun əsas maliyyə dəstəyi və naşir Vyaçeslav Lobankovun təşəbbüsü və təşkilatçılığı ilə hazırlanaraq “Les Prix Nobel” nəşriyyatında çap edilən zəngin soraq-məlumat xarakterli “Nobel mükafatçıları” ensiklopediyası fizika, kimya, tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahələrində 1901-2000-ci illərdə beynəlxalq Nobel mükafatları alan şəxslər, onların qısa bioqrafiyası, mənsub olduqları ölkə və xalq, ixtira və digər təşəbbüsləri haqqında informasiya ilə zəngindir.

MEK-in ədəbiyyat fondunda 13 cilddə “Fizika üzrə Nobel laureatları”, 14 cilddə “Kimya üzrə Nobel Laureatları”, 16 cilddə “Tibb üzrə Nobel Laureatları”, 5 cilddə “Ədəbiyyat üzrə Nobel Lauretları”, 6 cilddə “Sülh üzrə Nobel Laureatları”, 6 cilddə “İqtisadiyyat üzrə Nobel Laureatları” yer alıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti