Bakıda qanunsuz tikililər sökülür - FOTOLAR
Paytaxtin mərkəzi və ətraf rayonlarda yol verilmiş nöqsanların aradan qaldıralması, səki, yollar, keçidlərin dediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsi, sakinlərimizə narahatçılıq yaradan digər amillərin aradan qaldırılması məqsədi ilə, həmçinin ölkə başçisinin tapçırıqlarına əsasən paytaxtda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrup tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədi ilə reydlər keçirilib, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.
Artıq BŞİH tərəfindən qanunsuz tikili və obyektlərin, zəbt olunmuş torpaq sahələrinin hasarlarının sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi, həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarların sökülərək burada sakinlərin istirahəti üçün hər cür şəraiti olan “Abad məhəllə” və “Nümunəvi həyət”lərin yaradılması istiqamətində işlərə start verilib. Bu zaman paytaxt sakinlərinin müraciət, istək və arzuları da nəzərə alınıb. İlk işlərə paytaxtın Xətai rayonunda başlanıb. Rayonda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb. Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülmüş, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənmiş, ərazidə abadlıq işlərinə başlanıb. Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi aparılır. Bu işlər rayonun digər yerləri və eləcə də paytaxtın bütün rayonlarında aparılacaqdır.
Əsas məqsədi paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirmək, sakinlərin sosial şəraitinin daha da gözəlləşdirmək, sakinlərin sosial şəraitinin daha da yaxşılaşdırmaq olan bu işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətə götürülüb.
AzVision.az