Hər saatına 4,4 milyon dollar qazanır - İnternet milyonçuları

Hər saatına 4,4 milyon dollar qazanır - İnternet milyonçuları
  30 Avqust 2018    Oxunub:4659
İnternet vasitəsilə milyonlar qazanan insanlar az deyil. “Facebook”, “Amazon”, “Twitter” kimi uğurlu layihələrin rəhbərləri məhz internetin yaratdığı imkanlardan səmərəli istifadə edərək böyük sərvət toplayıblar. Onların içərəsində bir saata 4,4 milyon dollar qazanan da var.
AzVision.az internetin milyonçu etdiyi şəxslərlə bağlı məlumatları təqdim edir:

“Twitter”in baş icraçı direktoru (CEO) Jak Dorsi saatda 205 min dollar qazanır.



"Microsoft”un qurucusu Bill Qeytsin hər saatda qazandığı pul 456 min dollardır.



“Tesla” ve “SpaceX”in CEO-su Elon Musk saatına 684 min dollar gəlir götürür.



“Google”'un qurucusu Lerri Peyg bir saatda 924 min dollar qazanaraq sərvətini daha da artırır.



Sosial medianın şahı hesab olunan “Facebook”un yaradıcısı Mark Zukerberq isə hər saatına 1,7 milyon dollar qazanır.



"Amazon" şirkətinin yaradıcısı Cef Bezos isə saatına 4,4 milyon dollar gəlir əldə edir.



Aytən Zəhra
AzVision.az


Teqlər: İnternet   Milyonçu  





Xəbər lenti