Millət vəkili azərbaycanlı milyarderlərdən kömək istədi

Millət vəkili azərbaycanlı milyarderlərdən kömək istədi
  22 Oktyabr 2013    Oxunub:1270
Milli Məclisin bügünkü iclasında çıxış edən Sabir Rüstəmxanlı Azərbaycan vətəndaşlarının Rusiyada üzləşdiyi problemlərdən söz açıb.
Deputat bildirib ki, Rusiyada miqrantlara və azərbaycanlılara qarşı göstərilən təzyiqlər məsələsi mütləq müzakirə olunmalıdır. Deputat həmçinin qeyd edib ki, ən azından Milli Məclisdə bu məsələyə yarım saat vaxt ayrılmalıdır.

“Bir müddət öncə “Milyarderlər İttifaqı” bir yerə yığışıb maraqlı bəyanatlar səsləndirirdilər. Bəs indi o milyonerlər hanı? Öz bizneslərləri ilə bağlı Putinlə oturub danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Təklif edirəm ki, həmin milyarderlərə müraciət ünvanlayaq. Eyni zamanda xahiş edirəm bu məsələ Parlamentdə də müzakirə edilsin, Rusiyada baş verən hadisələr və bununla bağlı Milli Məclisdə müvafiq sənəd qəbul olunsun”.

AzVision.az


Teqlər:  





Xəbər lenti