Qarabağ Gömrük İttifaqına qoşulacaq ?

 Qarabağ Gömrük İttifaqına qoşulacaq ?
  22 Oktyabr 2013    Oxunub:1163
“Gömrük İttifaqına dəvət alsaq, müzakirə edərik”
AzVision.az xəbər verir ki, bunu `DQR`in başçısı Bako Saakyan rusiyalı jurnalistlərə müsahibəsi zamanı deyib.

Saakyan açıqlamasında bildirib ki, Ermənistanın Gömrük İttifaqına daxil olmaq qərarını alqışlayır: “Burada təəccüblü heç nə yoxdur. Ermənistanın Gömrük İttifaqına daxil olması Rusiya ilə əməkdaşlığın növbəti mərhələsidir və bu işdən hər iki ölkə qazanacaq”.

Separataçı rejimin başçısı Dağlıq Qarabağın Gömrük İttifaqına daxil olmaq məsləsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, ``DQR`in statusu dünayda tanınmadığı üçün qondarma respublikanın Gömrük İttifaqına daxil olması mümkün deyil`.

Saakyan onu da əlavə edib ki, Gömrük İttifaqına daxil olmaq üşün dəvət alsalar, məsələni o zaman müzkairə edə bilərlər.

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyini niyə tanımır” sualın isə Saakyan belə cavablandırıb: `Ermənistan bizimlə birgə Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınmasına çalışır. Gücümüzü bu işə yönəltmişik. Bu məqamda Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması populist addım olardı`.

S. Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti