Mavi gözlü emiqrantlar İsrailə 6500 il əvvəl köçüblər - Arxeoloqlar
Qədim İsrail tarixini öyrənən Kinneret Kollecinin Qalilee (qədim İsrail) Arxeologiya İnstitutunun arxeoloqu Dina Şalemin sözlərinə görə, tapılan skeletlərdə genlərin bəziləri yerli insanlara, digərləri isə qonşu bölgələrin adamlarına məxsusdur. Harvard Universitetinin Təkamül Biologiyası Departamentinin professoru Edoin Herninin apardığı laboratoriya analizləri də arxeoloqların aşkar etdikləri insan qalıqları və artifaktların bir çoxunun Anadolu və İran mənşəli olduğunu təsdiqləyib. Alim bildirib ki, şimal bölgəsindən gələn insanların Levant (indiki İsrailin şimalı və Livan) ərazisində əkinçilik və maldarlıqla məşğul olan yerlilərlə qarışması nəticəsində dünyaya açıq rəngli dərisi olan və mavi gözlü insanlar gəlib.
ABŞ-ın İllinoys şəhərindəki Heton Kollecinin professoru Daniel Masterin sözlərinə görə, texnoloji nailiyyətlər sayəsində son illərin arxeoloji tapıntıları üzərində genetik araşdırmalar aparılır və bu tədqiqatlar göstərir ki, qədim dünyada əhalinin dinamik yerdəyişmələri olub. “Mis dövrünün ən çox tədqiq olunan sahələrindən biri qədim İsrail sakinlərinin Qolan yüksəklikləri və İordaniyadakı insanlarla eyni kökə malik olmalarıdır. Peqiin mağarasında tapılan artifaktlar göstərdi ki, onların arasında olan qohumluq əlaqələrindən savayı, şimaldan – Anadolu və Zaqros dağlarından köç edən insanların da bölgə əhalisinin genetik xəritəsində həlledici izləri mövcuddur”, - deyə professor Master əlavə edib. (AzərTAc)
AzVision.az
Teqlər: