Azərbaycanda hərbçi qəza törətdi

Azərbaycanda hərbçi qəza törətdi
  22 Oktyabr 2013    Oxunub:928
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu qəza törədib.
Respublika Hərbi Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu 1981-ci il təvəllüdlü baş çavuş Sadıxov Pərviz Həsən oğlu idarə etdiyi BMV markalı avtomobilli ağaca çırpıb.

Cəlilabad rayonunda baş verən qəzada xəsarət alan hərbçi DSX-nin Bakı şəhərində yerləşən hərbi hospitalına yerləşdirilib. Xəstənin vəziyyəti kafı qiymətləndirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti