Elçin Quliyev yığma komanda ilə görüşüb - FOTOLAR

Elçin Quliyev yığma komanda ilə görüşüb - FOTOLAR
  27 Avqust 2018    Oxunub:3096
2018-ci il 20-30 sentyabr tarixlərində İtaliyanın Siyene şə­hərində Bey­nəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərə­fin­dən birgə təşkil edilən Avropa birinciliyində Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlan­diya, İtaliya və Azərbaycan yığma komandaları iştirak edəcəklər.
DSX-dan AzVision.az-a verilən məlumata görə, Polo üzrə Azərbaycan yığma komandası ilk dəfə iştirakçısı olacağı Avropa çempionatına ha­zır­­­lıq üzrə təlim-məşq toplanışlarını yekunlaş­ıb. Alma­niya­nın Müh­len şəhərində baş tutmuş təlim-məşq topla­nışla­rında milli yığma­mız peşəkar və təcrübəli klub komandaları ilə sparrinq qarşılaşmaları keçirib, idmançılarımız qitə birinciliyi ərəfəsində zəruri oyun təcrübəsi əldə edib. Hazırda Bakı şəhərində səfər öncəsi son məşqlərini keçir­məkdə olan milli komandamızın Avropa çempionatıında əsas hədəfi ən yüksək pillə uğ­runda mübarizə aparmaqdır.



Avqust ayının 25-də Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikası Atçılıq Federasiya­sının Prezidenti general-polkovnik Elçin Quliyev Polo üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

Səmimi və çay süfrəsi arxasında keçən görüş za­manı yığma koman­danın Avropa birinciliyinə hazırlıq və­ziy­yəti müzakirə olunub. Ge­neral-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi ali diqqət va qayğı nəti­cəsində atçılıq idman növlərinin son illər ərzində böyük inkişaf yolu keçməsini, xüsusən polo sahəsində önəmli nəticələrin əldə olunmasını xüsusi qeyd edib. 2015-ci ildə Bakı şəhərində keçi­rilmiş Arena Polo üzrə Avropa bi­rin­cili­yində Azərbaycan millisinin qələbəsinin Avropanın aparıcı polo komanda­larını yığmamıza hör­mətlə yanaşmağa və Azərbaycan idman­çıları ilə görüşlərə ciddi hazır­laş­ma­ğa məcbur etməsi vurğulayıb.



Azər­bay­can Respublikası Atçılıq Federasiyasının Baş Katibi Bəhruz Nəbiyev milli yığmanın üzvlərinin səfəri ilə əlaqədar təş­kilati məsələlər barədə məlumat verib. Milli yığmanın məşqçisi Namiq Orucov koman­danın qitə birinciliyinə hazırlıq vəziyyəti barədə məlumat verib və idman­çılar üçün yaradılan məşq şəraitinə, Almaniyada təşkil olunmuş təlim-məşq toplanışlarına görə minnətdarlığını bildirib.



Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidenti general-polkovnik Elçin Quliyev yığma ko­mandanın səfəri ilə əlaqədar zəruri tapşırıq və tövsiyə­lərini verib, id­mançılara Avropa birinciliyi kimi mötəbər turnirdə Azər­baycan Res­pub­lika­sının üçrəngli dövlət bayrağını ucaltmaq şərəfini yaşa­mağı arzu edib.



AzVision.az


Teqlər: DSX   Atçılıq  





Xəbər lenti