Ermənistan “DQR-nın tanınması haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq

Ermənistan “DQR-nın tanınması haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq
  21 Oktyabr 2013    Oxunub:1009
“Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
AzVision.az “Lragir.am”a istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentinin ilk plenar iclasında spiker Ovik Abramyan bildirib ki, “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

O. Abramyan ın sözlərinə görə, “İrs” parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə hazırlanmış layihə gələn həftənin çərşənbə axşamı parlamentdə müzakirə olunacaq.

Ermənistan parlamentinin Beynəlxalq məsələlər komitəsi qanun layihəsinin plenar iclasın gündəliyinə salınmasına müsbət rəy vermədiyinə görə, “İrs” fraksiyası layihəni növbədənkənar məsələ kimi gündəliyə salıb.

S. Həsənova
AzVision.az







Teqlər:  





Xəbər lenti